Home /

ƏDV ilə bağlı seminar.

Əlavə dəyər vergisi ilə bağlı seminar təşkil edilmişdir. ...

Ətraflı oxu

Vergi uçotu seminarı.

Kommersiya müəssisələrində vergitutma mövzusunda təşkil olunan seminarda iştirakçıların aktivliyi sayəs ...

Ətraflı oxu

Vergi uçotuna durmadan fəaliyyətə görə Maliyyə Sanksiyası

Vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə hansı vergi cərimələri tətbiq olunur?

 

Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.(VM-33.4)

Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. (VM-58.2)

58.7 -Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 2000 manat məbləğində;

58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 4000 manat məbləğində;

58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Burada 218.1.2-ci maddəsində göstərilən şəxs deyərkən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər nəzərdə tutulur.

Qeyd olunanlara əsasən Vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə 440 manat məbləğində sanksiya tətbiq edilir.

1 Rasul Suleymanov
95% Complete
95%
2 Shemshed Ehmedli
93% Complete
93%
3 Mahir Cafarov
93% Complete
93%
4 Elviya Veliyeva
91% Complete
91%
5 Zeyneb Aliyeva
88% Complete
88%
6 Togrul Sadikhov
88% Complete
88%
Abunə ol