Birbaşa və dolayı vergilər
Müəllif: Vəliyev Sadiq
Vergitutma zamanı vergilər birbaşa və dolayı vergilərə bölünür. Birbaşa vergilər vergi ödəyicisinin gəlirindən və ya əmlakından tutulur.
Məsələn: mənfəət, gəlir, əmlak və torpaq vergiləri. Birbaşa vergilər vergitutma obyektinə görə iki qrupa bölünür:
1. vergi ödəyicisinin gəlirindən tutulan vergilər (mənfəət, gəlir vergiləri);
Misal:
Müəssisənin təqvim ili ərzində gəlirləri 50.000 manat, xərcləri isə 40.000 manat olmuşdur. Bu halda mənfəət vergisi ödəyicisi olan müəssisə 10.000 manat mənfəətdən (50.000-40.000=10000) 20% dərəcə ilə 2.000 manat mənfəət vergisi ödəməli olur.
2. gəlirin əldə edilməsində istifadə olunan obyektlərə görə ödənilən vergilər (torpaq, yol, əmlak vergiləri).
Yuxarıdakı misalda müəssisənin gəlir əldə etmək üçün balansındakı əsas vəsaitlərdən (Bina, avadanlıqlar və s.)istifadə etmişdir. Müəssisələr balansında olan əsas vəsaitə görə əmlak vergisinin ödəyiciləri olduğu üçün əmlak vergisi ilə yanaşı binaların altındakı torpaq sahəsinə görə torpaq vergisi ödəməliolurlar.
Dolayı vergilər isə vergi ödəyicisinin gəlirlərinə və əmlakına aid edilmir. Bunlara Əlavə dəyər vergisi və Aksizləri misal gətirmək olar.
Birinci misalda Müəssisə ƏDV qeydiyyatında olduğu üçün 50.000 manat dəyərində satış edərkən satış məbləğinə 18% ƏDV (50.000*18%=9.000) hesablamaqla müştəridən 59.000 manat almış və 9.000 manat ƏDV məbləğini büdcəyə ödəmişdir. Mənfəət vergisi isə ilk misalda olduğu kimi hesablanmışdır.
Misaldan görsəndiyi kimi dolayı vergi növü olan ƏDV müəssisənin gəlirlərinə aid edilmədən hesablanmış və büdcəyə ödənilmişdir.
1 | ![]() |
Rasul Suleymanov
|
95% |
2 | Shemshed Ehmedli
|
93% | |
3 | Mahir Cafarov
|
93% | |
4 | Elviya Veliyeva
|
91% | |
5 | Zeyneb Aliyeva
|
88% | |
6 | Togrul Sadikhov
|
88% |
Video Kurslar
Bu bölmədə istifadəçilərin biliklərini artırması məqsədi ilə elektron hesabatların hazırlnaması və dərsliklərin izahı video formatda yerlə...
Kitabxana
VSK Consulting & Training istifadəçiləri geniş ölçüdə kitabxana ilə təmin edir. Burada Siz mühasibatlıq, vergilər və ...