Bizim şirkət haqqında

"VSK Consultancy" MMC yerli və xarici şirkətlərə maliyyə və vergi mühasibatlığı, vergi auditi, insan resursları, konsaltinq və autsorsinq xidmətləri göstərilməsi məqsədilə 2016-cı ildə təsis edilmişdir. Şirkətimiz bununla yanaşı maliyyə-mühasibatlıq, vergi inzibatçılığı və idarəetməsi sahəsində yerli ictimaiyyəti təlim xidmətləri ilə təmin edir.

Xidmət göstərdiyimiz müəssisələr ilə münasibətlər peşəkarlıq, etibarlılıq və qarşılıqlı məmnunluq dəyərlərinə əsaslanaraq qurulur və davam edir.

 

VSK Consulting müştərilərimizin bizə göstərdiyi etimad sayəsində gündən-günə inkişaf etməkdə davam edir. Fəaliyyətimiz maliyyə, dağ-mədən və geoloji işlər, logistika xidmətləri, istehlak məhsulları kimi bir çox sahələri əhatə edir.

Əsas dəyərlərimiz

Dürüstlük Xüsusiyyətləri

Şirkətimiz üçün istənilən halda, hər zaman düzgün işi etməyə çalışmaq vacib və əsas prinsiplərdəndir.

Uzaqgörənlik

Biz ənənəvi düşüncəyə meydan oxuyur və uzaqgörənlik siyasəti nəticəsində davamlı olaraq yenilikçi həllər təqdim edirik.

Təcrübəli Kadrlar

İşçilər müxtəlif təlimlərə qatılaraq özlərini daim inkişaf etdirirlər və bu onların fəaliyyətlərinə müsbət təsir göstərir.

Məxfilik və Təhlükəsizlik

Biz müştərilərə onların kommersiya məlumatlarının qorunması və təhlükəsiz informasiya ötürülməsini təmin edirik.

Keyfiyyətli Xidmətlər

Şirkətin mütəxəssisləri müştərilərə işlərini optimallaşdırmağa, fəaliyyətlərini və risk profilini yaxşılaşdırmağa kömək edirlər.

İnnovativ Həllər

Analitik və idarəetmə yanaşmalarının qarışılıqlı tətbiqini sürətləndirmək üçün yenilikçi təcrübələrimizdən istifadə edirik.