Mühasibat və Vergi Uçotu

VSK Consultancy müxtəlif sahələrdə fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyekti olan müəssisələrə mühasibat və vergi uçotu xidmətləri göstərir. Biz, müəssisədə baş verən gündəlik əməliyyatları mühasibat və vergi qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməsini təmin edirik.

 

Xidmətlərimiz

Mühasibat uçotu üzrə:

  • Uçot siyasətinin formalaşdırılması
  • MHBS-ə uyğun olaraq gündəlik mühasibat uçotunun aparılması
  • İlkin mühasibat sənədlərinin və hesabatların hazırlanması
  • Maliyyə hesabatlarının hazırlanması
  • Hazırlanmış hesabatların müvafiq orqanlara təqdim edilməsi
  • İnventarizasiya zamanı dəstək
  • Maliyyə idarəetməsi üzrə məsləhət

Vergi uçotu üzrə:

  • Vergi qanunvericiliyinə uyğun olaraq uçotun təşkili
  • Vergi hesabatlarının hazırlanması
  • Məcburi dövlət sosial sığorta və statistika hesabatlarının hazırlanması
  • Vergi hesablamalarının optimallaşdırılması üzrə məsləhət
  • Əmək haqqının hesablanması
  • Vergi yoxlamalarının müşayiət edilməsi
  • Müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi

maliyyə və ya vergi məsləhətçisi axtarırsınız?