İnsan Resursları

Hər bir şirkət üçün işçi heyətinin düzgün seçilməsi və əmək münasibətlərinin tənzimlənməsi, həmçinin kadr uçotunun qanunamüvafiq qaydada təşkili vacib şərtlərdən biridir. "VSK Consultancy" insan resurslarının idarə edilməsi, kadr uçotunun təşkili, baş verə biləcək risklərin müəyyən edilməsi və aradan qaldırılması üzrə xidmətlər təklif edir. Dərin təcrübəyə sahib olan peşəkar komandamız müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə xidmət göstərməklə, insan resurslarının planlaşdırılması və idarəedilməsi ilə bağlı yaranmış problemləri həll etmiş, kadr uçotunun düzgün təşkili nəticəsində onları müxtəlif maliyyə itkiləri və cərimələrdən qorumağa nail olmuşdur.

 

Biz İnsan Resurslarının idarə edilməsi üzrə aşağıdakı xidmətləri təklif edirik:

  • Kadr uçotu sisteminin qurulması
  • İşə qəbul və işdən azad edilmə ilə əlaqədar sənədləşmənin təşkili
  • İşçilərin icbari sığortasının təşkili
  • Vəzifə təlimatlarının hazırlanması
  • İş vaxtı uçotunun qurulması
  • Dövri olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
  • İnsan resurları ilə yarana biləcək digər xidmətlər

maliyyə və ya vergi məsləhətçisi axtarırsınız?