Vergi və Hüquq məsləhəti

"VSK Consultancy" olaraq müştərilərimizə mövcud qanunvericiliyə riayət etmək, vergi öhdəliklərini optimallaşdırmaq və mübahisə yarandığı zaman vergi və digər dövlət orqanları ilə effektiv həll yolları tapmaq məqsədilə dolğun vergi və hüquq xidmətləri təqdim edirik. Bu xidmətlər müxtəlif hüquq sahələrini, vergi hüququ, mülki hüquq, əmək hüququ və digər müvafiq qanunvericilik sahələrini əhatə edir. Komandamızda vergi və digər hüquq məsləhətləri sahəsində şirkətlərə mütəmadi olaraq dəstək göstərə biləcək işçi qrupu mövcuddur. Biz müştərilərimizi vergi və digər qanunvericiliklərdə olan əhəmiyyətli dəyişikliklər barədə daimi olaraq məlumatlı saxlayırıq.

Bizim işçilərin dərin təcrübəsi sayəsində vergi orqanı tərəfindən aparılan yoxlamalar zamanı hər hansı məlumat çatışmazlığı və ya digər səbəbdən şirkətlərə tətbiq edilmiş cərimələr azaldılmış və ya tamamən ləğv edilməsi üçün sübutlar ortaya qoymuşdur.

 

Vergi və hüquq məsləhəti xidmətlərimiz aşağıdakılardan ibarətdir

  • Fəaliyyət zamanı müəssisədə gündəlik əməliyyatlarla bağlı ümumi vergi və hüquq məsləhəti xidmətləri
  • Dövlət orqanları tərəfindən aparılan yoxlamalar zamanı dəstək
  • Məhdud məsuliyyətli və Səhmdar cəmiyyətinin yaradılması, yenidən təşkili və ləğv edilməsi
  • Mülki-hüquqi müqavilələrin hazırlanması
  • Vergi azadolması sertifikatının alınması
  • Vergi mübahisələrinin həlli
  • Müəssisənin alınması və ya satılması əməliyyatlarında vergi və hüquq sahələrində dəstək göstərilməsi
  • Vergi və hüquq sahəsində digər xidmətlər

maliyyə və ya vergi məsləhətçisi axtarırsınız?