Əmək Haqqının hesablanması və idarəedilməsi istənilən biznesin mühüm tərkib hissəsidir. Müəssisələr əmək haqqı konfidensiallığının qorunması və ya iş həcminin çox olması səbəbindən əmək haqqının hesablanmasını konsaltinq şirkətlərə həvalə edirlər. “VSK Consultancy” hər bir müştərinin fərdi ehtiyaclarına uyğun olaraq əmək haqqı hesablanması xidmətini təklif edir.
Biz, müəssisənizdə əmək haqqı üzrə tətbiq edilən istənilən növ əlavələri, mükafatları, tutulmaları, dəqiq şəkildə hesablayırıq. Mütəxəssislərimiz işçi sayı və işin həcmindən asılı olmayaraq əmək haqqını operativ qaydada hesablamaqla sahibkarın vaxtına qənaət etməsinə şərait yaradır.