Bu təlim malliyə-mühasibatlıq, vergi uçotunun təşkili sahəsində çalışan mütəxəssislər və bu peşəni öyrənmək istəyən riyazi-məntiqi biliyə sahib hər bir kəs üçün nəzərdə tutulub. Mühasibin vəzifəsi gündəlik maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat registrlərində qeydiyyatından əlavə yüksək səviyyədə Vergi qanunvericiliyini bilməkdir ki, gələcəkdə müəssisəni baş verə biləcək cərimələrdən qoruya bilsin.
Bu sahə üzrə bilik və bacarıqlarınızın yetəri qədər olmaması sizin işinizi çətinləşdirə, eləcə də əlavə vaxt itkisinə yol aça bilər. Ən qısa müddətdə biliklərinizi möhkəmləndirmək və əlavə zəruri bilikləri əldə etmək istəyirsinizsə bu təlim sizin üçün uğurlu bir seçimdir.
Tədris planı
Təlimdən əldə edəcəyiniz biliklər
Bu sahədə mütəxəssislər tərəfindən alacağınız təlimin əsas məqsədi müəssisənin əməliyyatlarını vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirmək və vergi uçotunu düzgün aparmaq istiqamətində mühasibləri zəruri bacarıq və biliklərlə təmin etməkdir.