Vergi uçotu təlimi

Bu təlim malliyə-mühasibatlıq, vergi uçotunun təşkili sahəsində çalışan mütəxəssislər və bu peşəni öyrənmək istəyən riyazi-məntiqi biliyə sahib hər bir kəs üçün nəzərdə tutulub. Mühasibin vəzifəsi gündəlik maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat registrlərində qeydiyyatından əlavə yüksək səviyyədə Vergi qanunvericiliyini bilməkdir ki, gələcəkdə müəssisəni baş verə biləcək cərimələrdən qoruya bilsin. 

Bu sahə üzrə bilik və bacarıqlarınızın yetəri qədər olmaması sizin işinizi çətinləşdirə, eləcə də əlavə vaxt itkisinə yol aça bilər. Ən qısa müddətdə biliklərinizi möhkəmləndirmək və əlavə zəruri bilikləri əldə etmək istəyirsinizsə bu təlim sizin üçün uğurlu bir seçimdir.

 

Tədris planı

  • Fiziki şəxslərin gəlir vergisi
  • Ödəmə mənbəyində verginin tutulması
  • Sadələşdirilmiş vergi
  • Mənfəət vergisi
  • Əmlak vergisi
  • Əlavə dəyər vergisi
  • Hesabatların hazırlanması qaydası

 

Təlimdən əldə edəcəyiniz biliklər

  • Vergi qanunvericiliyi ilə tanış olmaq
  • Qanunvericiliyə uyğun olaraq vergi uçotunun təşkili
  • Vergilər üzrə heabatları tərtib etmək və müvafiq orqanlara təqdim etmək

 

Bu sahədə mütəxəssislər tərəfindən alacağınız təlimin əsas məqsədi müəssisənin əməliyyatlarını vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirmək və vergi uçotunu düzgün aparmaq istiqamətində mühasibləri zəruri bacarıq və biliklərlə təmin etməkdir.