Home /

ƏDV ilə bağlı seminar.

Əlavə dəyər vergisi ilə bağlı seminar təşkil edilmişdir. ...

Ətraflı oxu

Vergi uçotu seminarı.

Kommersiya müəssisələrində vergitutma mövzusunda təşkil olunan seminarda iştirakçıların aktivliyi sayəs ...

Ətraflı oxu

Təsisçi statuslu şəxslərdən təsisçisi olduğu müəssisəyə borc vəsaitlərinin verilməsi.

Adətən, müəssisənin cari fəaliyyəti zamanı maliyyə sıxıntıları baş verdiyi halda borc verənlərdən borc vəsaitləri alına bilər. Burada iki ifadə diqqəti cəlb edir. Birincisi «borc verənlər», ikincisi isə «borc vəsaitləri» anlayışı. Borc verənlərə ilk növbədə bankları və bank olmayan kredit təşkilatlarını, az hallarda da fiziki və digər hüquqi şəxsləri aid etmək olar. Hazırda praktikada ən çox rast gəlinən odur ki, müəssisələrdə pul çatışmazlığı yaranan kimi ya təsisçinin və ya təsisçilərdən birinin adından, ya da rəhbər işçilərdən birinin adından müəssisənin kassasına və ya bank hesabına borc alınmış, yəni gələcəkdə qaytarılması şərti ilə pul daxil edirlər. 

Hesabatlarda isə həmin vəsaiti mühasibat balansında «təsisçilərə olan kreditor borcu» kimi təqdim edirlər. Əlbəttə ki, təsisçi sahibi olduğu müəssisəyə borc pul verə bilər, lakin bu vəsait mühasibat termini nöqteyi nəzərindən «təsisçinin» deyil, «borc verənin» vəsaiti kimi qiymətləndirilməli və mühasibat balansında alınmış borclar kimi təqdim olunmalıdır. Çünki təsisçi bu əməliyyatlarda borc verən kimi çıxış edir və bu əməliyyatların uçotu üçün hesablar planında ayrıca hesab nəzərdə tutulmuşdur. 
Təsisçilərlə hər hansı hesablaşmalar (gəlirlərin ödənilməsi üzrə təsisçilərə kreditor borclar) dedikdə isə təsisçilərə elan edilmiş dividendlər və geri qaytarılan səhmlər (paylar) üzrə yaranan dövriyyələr (borclar) başa düşülməlidir. 
Təsisçi ilə bağlı digər əməliyyatlar, məsələn, təsisçidən alınan borclar və ya ona verilən borclar, təsisçiyə satılan mallar (işlər, xidmətlər) və ya ondan alınan mallar (işlər, xidmətlər) üzrə dövriyyələr başqa mühasibat hesablarında, yəni təsisçilərlə hesablaşmalara aid edilməyən digər hesablarda uçota alınmalıdır. 
Əgər təsisçiyə mal satılırsa, deməli, bu əməliyyatlarda o, alıcıdır və bu əməliyyat alıcının debitor borcu kimi, təsisçidən mal alınırsa, deməli, bu əməliyyatlarda o, malsatandır və bu əməliyyat malsatana olan kreditor borc kimi, təsisçidən borc pul alınırsa, deməli, bu əməliyyatlarda o, borc verəndir və bu əməliyyat alınmış borclar kimi nəzərə alınmalıdır.

Praktikada mühasibləri maraqlandıran məsələlərdən biri təsisçi statuslu şəxsin təsisçisi olduğu müəssisəyə borc pul verməsinin rəsmiləşdirilməsidir. 
Rəsmiləşdirmə Azərbaycan Respubıilasının Mülki Məcəlləsinin 37-ci fəslinin (maddə 739 - 746) müddəalarının tələbləri əsasında həyata keçirilir. Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır və tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Deməli, yazılı formada borc müqaviləsi bağlanmadan da təsisçi statuslu fiziki və ya hüquqi şəxs təsisçisi olduğu müəssisəyə borc pul verə bilər. Ancaq gələcəkdə yarana biləcək mübahisələrin və iddia müddətlərinin həllində problemlərlə qarşılaşmamaq üçün borc müqaviləsinin yazılı formada bağlanması tövsiyə olunur.

Mühasibləri maraqlandıran digər bir məsələ isə müqavilədə faizin nəzərdə tutulub-tutulmamasıdır. Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsi ilə yaranan əməliyyatlar maliyyə xidmətlərinə aid edilən bir fəaliyyətdir və bu fəaliyyət də lisenziya tələb olunandır. Belə çıxır ki, təsisçi statuslu şəxsin təsisçisi olduğu müəssisəyə borc pul verməsi faizsiz həyata keçirilməlidir və «borc verən» borc müqaviləsində verməli borc pul kimi nəzərdə tutulmuş məbləği faizsiz borc kimi «borc alana» verməyi öhdəsinə götürmüş olur. Deməli, təsisçi statuslu şəxslə təsisçisi olduğu müəssisə arasında bağlanılan  borc müqaviləsində borc verilən pul üzrə faiz tətbiq edilməsi yol verilən deyil.

Qeyd edildi ki, borc şifahi, yəni yazılı şəkildə müqavilə bağlamadan da verilə bilər. Əgər təsisçi statuslu şəxsdən borc alınmış pul nagd şəkildə müəssisənin kassasına daxil olarsa, müəssisə tərəfindən kassa mədaxil orderi tərtib olunur. Kassa mədaxil orderində əsas kimi qeyd yerində, məsələn, şifahi formada borc alınanda «31 dekabr 2015-ci il tarixədək borc alınır» ifadəsinin,  yazılı müqavilə formasında borc alınanda isə «05 yanvar 2014-cü il tarixli borc müqaviləsinə əsasən borc alınır» ifadəsinin yazılması məsləhət görülür.
Yeni hesablar planında alınmış borclar «faiz xərcləri yaradan öhdəliklər» sırasında yer almışdır. Təsisçi statuslu şəxsdən borcun faizsiz alınmasına baxmayaraq, bu cür alınmış borclar yeni hesablar planı üzrə 404 №li «Uzunmüddətli borclar» və 504 №li «Qısamüddətli borclar» hesabında uçota alınır.
(c) Xanbaba Quliyev
vergiler.az

1 Rasul Suleymanov
95% Complete
95%
2 Shemshed Ehmedli
93% Complete
93%
3 Mahir Cafarov
93% Complete
93%
4 Elviya Veliyeva
91% Complete
91%
5 Zeyneb Aliyeva
88% Complete
88%
6 Togrul Sadikhov
88% Complete
88%
Abunə ol