Qanun və Qərarlar 02.10.2020

Kassa əməliyyatları qaydası təsdiqlənib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli 365 nömrəli Qərarı ilə “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” təsdiq edilmişdir. 

Bu Qayda Azərbaycan Respublikasının Mərkəzi Bankına, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara və kredit təşkilatlarına şamil edilmir.

Bu qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və nağd pul vəsaitlərinin bank hesablarından çıxarılması, digər şəxslərdən qəbulu, kassaya mədaxili və təyinatı üzrə istifadəsi, pul vəsaitlərinin kassaya mədaxili və məxarici üzrə sənədlərin tərtibi, kassa kitabının tərtibi və pul vəsaitlərinin saxlanılması qaydalarını tənzimləyir.

Qaydaların təfsilatı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: 

https://nk.gov.az/az/document/4809/