Əgər siz mühasibat və vergilər üzrə kursları uğurla bitirmisinizsə və təcrübə keçərək işə qəbul olmaq istəyirsinizsə bizə CV göndərin.
Tələblər:
- Maliyyə, mühasibat və audit üzrə təhsil arzuolunandır
- Vergi məcəlləsi, Əmək qanunvericiliyi üzrə biliklər
- Müxabirləşmə əməliyyatları üzrə biliklər
- Excel və 1C (8.3) proqramında işləmək bacarığı
- Araşdırma bacarığı, öyrənməyə və inkişafa yüksək həvəs
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
- Əlavə dil biliyi üstünlükdür
Təcrübəçi aşağıdakı işlərdə iştirak edəcək:
- 1C proqramında gündəlik əməliyyatların işlənməsi
- Müxabirləşmələrin düzgünlüyünün yoxlanılması
- Vergi və Statistika hesabatlarının hazırlanmasında
- Tabel əsasında işçilərin əmək haqlarının hesablanması
- Bank əməliyyatları
- E-qaimə hazırlanması və s.
Qeyd:
- İş vaxtı: 10:00–dan 17:00 dək;
- Təcrübə müddəti 2 ay
- Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin ediləcək.
Şirkət haqqında:
"VSK Consultancy" MMC maliyyə və vergi mühasibatlığı, vergi auditi, insan resursları, konsaltinq və autsorsinq xidmətləri göstərilməsi məqsədilə 2016-cı ildə təsis edilmişdir. Şirkətimiz bununla yanaşı maliyyə-mühasibatlıq, vergi inzibatçılığı və idarəetməsi sahəsində təlimlər təşkil edir.
Uyğun olan namizədlər CV-ni office@vsk.az elektron poçt ünvanına göndərə bilərlər.
Son qəbul tarixi: 31.01.2022